Bakının Suraxanı rayonunda faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Suraxanı rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində evlərdən birində kirayədə yaşayan 1976-cı il təvəllüdlü İlham Hacızadə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov