Dələduzluqda təqsirləndirilən Zaur Mirzəzadənin barəsində hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, prokurorun protesti təmin olunmayıb və Bakı Ağır Cinayətlər Məhkəməsinn çıxardığı bəraət hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Mirzəzadənin barəsində bəraət hökmü çıxarılıb.
Bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsi bəraət hökmünü ləğv edib, ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalında həbs olunub.
Ali Məhkəmə isə işin yenidən apellyasiya məhkəməsində araşdırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Zaur Mirzəzadə bir neçə şəxsə qarşı dələduzluq etməkdə ittiham olunur. O, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəridir.