20 Aprel 2023 23:13
2 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq işi üzrə dindirilib.

Teleqraf.com xəbər verir ki, Anar Əsədlinin ifadəsi alınıb və o sərbəst buraxılıb.

***

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli Daxili İşlər Nazirlinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.

Teleqraf.com-un məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Anar Əsədli istintaq hərəkətləri ilə əlaqədar Baş İdarəyə dəvət olunub. O, Anar Əsədlinin yaxın dəqiqlərdə buraxılacağını deyib.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.

Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.

Əlavə edək ki, bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulub.

***

“Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb”.

Teleqraf.com xəbər verir ki, bu haqda onun sədr olduğu partiyadan bildirilirb.

Partiyadan bildirilidiyinə görə, idarədən zəng edən əməkdaş Anar Əsədliyə xırda bir məsələni dəqiqləşdirmək üçün onun bir neçə dəqiqəlik idarəyə gəlməsini xahiş edib: “Anar Əsədli 6 saatdan artıqdır ki, orada saxlanılır”.

Partiyadan o da bildirilib ki, indiyədək A.Əsədli ilə əlaqə saxlamaq mümkün olmayıb. İdarədən də bizə hər hansı məlumat verilmir.

Xatırladaq ki, Anar Əsədli bir neçə ay öncə də Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.

"Global.az"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər