İyunun 8-də 16 radələrində Biləsuvar rayonu Nəsimi kəndində 1966-cı il təvəllüdlü kənd sakini Azad Xeyrulla oğlu Almazova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Teleqraf.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, Azad Almazovun keçmiş kürəkəni 1991-ci il təvəllüdlü Elşən Bəhlul oğlu Şəbiyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.