13 Sentyabr 2023 09:26
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda gəlini və nəvəsinə xəsarət yetirməkdə təqsirləndirilən Şahbala Mirzəməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin martında Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

Şahbala Mirzəməmmədov gəlini 40 yaşlı Sevinc Məhərrəmova və 9 yaşlı nəvəsini baltalayıb.

Sevinc Məhərrəmovanın həyat yoldaşı Ruslan Mirzəməmmədov Rusiyada işlədiyinə görə onlar bir müddətdir uşaqların babası Şahbala Mirzəməmmədovla birgə yaşayırmış.

Hadisə qadının 3 azyaşlı uşağının gözü qarşısında baş verib. Köməyə yetişən qonşular yaşlı kişinin əlindən baltanı alıb, yaralıları isə xəstəxanaya yerləşdiriblər.

Hadisəni törədən Şahbala Mirzəmmədov saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər