15 Yanvar 2015 07:59
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Yasamal rayonu ərazisində "London taksisi” ilə “Schacman” markalı yük maşını toqquşub.

APA -nın məlumatına görə, Natiq Babayevin idarə etdiyi "London taksisi” Əbdürrəhim Bəy Haqverdiyev küçəsi ilə "İnşaatçılar" prospekti istiqamətində hərəkətdə olarkən Ələsgər Ələkbərov küçəsi ilə hərəkət edən “Schacman” onun yoluna çıxıb.

Hadisə zamanı taksidə sürücüdən başqa heç kəs olmayıb. Qəza xəsarətsiz ötüşsə də, "London taksisi" yararsız hala düşüb.

Qeyd edək ki, hadisə yerinə yol polislərinin gəldiyini görən “Schacman” ın sürücüsü qaçıb. Faktla bağlı araşdırma aparılır.


Müəllif: