2 Noyabr 2023 18:17
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin isti izlərlə açılması təmin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Xaçmaz Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, noyabrın 2-də 1987-ci il təvəllüdlü Samir Alxasovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Oruc Nəsrullayevin noyabrın 1-də saat 17 radələrində Xaçmaz rayonu, Xudat şəhəri ərazisində, avtomobil yolunun kənarında aralarında yaranmış mübahisə zamanı tanışı Samir Alxasovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Oruc Nəsrullayev prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər