Tofiq Yaqublunun barəsində həbs qətimkan tədbiri seçildi
Milli Şuranın üzvü Tofiq Yaqublunun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatı təmin olunub.
Tofiq Yaqublunun barəsində 4 ay müddətinə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Tofiq Yaqubluya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi açılıb.