21 Yanvar 2015 16:05
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən 1992-ci təvəllüdlü Valeh Xalıqovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin mayın 16-da Valeh Xalıqov Maştağa qəsəbəsi Nizami Gəncəvi küçəsində qonşusu 39 yaşlı Adil Heydərovu bıçaqlayaraq öldürüb. Qətli törətməkdə şübhəli bilinən 22 yaşlı Valeh Xalıqovu Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməliyatçıları isti izlərlə yaxalayıb.

İstintaq zamanı cinayətin təfərrüatları məlum olub. Valeh Xaliqovla Adil Heydərov əvvəllər birlikdə istixanada tərəvəz becəriblər. Sonradan sözləri düz gəlməyib və ayrılıblar. Şəriklər ayrıldıqdan sonra Adil Heydərov Valeh Xaliqovun arxasınca danışıb. Hətta dəfələrlə onu təhqir edib. Sonuncu dəfə mərhum Valeh Xaliqovun yaşadığı evə gələrək onu nalayiq sözlərlə təhqir edib. Bu zaman əsəbilərini cilovlaya bilməyən Valeh evdən bıçağı götürərək Adilin arxasınca qaçıb. Adili öz evində tuta bilən Valeh ona nə az nə çox- təxminən 17 bıçaq xəsarəti yetirib.

Valeh Xalıqov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə Valeh Xalıqov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Valeh Xalıqov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Valeh Xalıqovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, onun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər