Şəmkir rayonunda 2002-ci il təvəllüdlü İntiqam sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan Nigarla (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.
Teleqraf.com-un əldə etidiyi məlumata görə, İntiqam Nigarla ailə qurmaq məqsədilə 4 mart 2023-cü ildə yaşadıqları evi birlikdə tərk edib kənddə yaşayış olmayan evə gediblər.
Martın 5-dən 7-dək bir neçə dəfə təbii, həmçinin qeyri-təbii yolla cinsi əlaqədə olublar. İntiqam qıza qarşı digər seksual xarakterli hərəkətlər edib.
İstintaq orqanı tərəfindən İntiqamın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, təxminən bir il olar həmkəndlisi Sevilin qızı Nigarla tanış olub və obir-birini seviblər: “Biz mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə saxlamışıq. Nigar kənd orta məktəbinin doqquzuncu sinfində oxuyurdu. Təxminən bir neçə ay əvvəl birlikdə danışdığımız zaman bizi görən şəxslər bu barədə valideyinimə bildirdilər.
Anam Nigarla evlənməyimə razı olmadığından onun anası Sevilə zəng edərək bu barədə məlumat verdi. Sevil qızından mobil telefonu aldı. Bu səbəbdən Nigarla telefon tapdıqda əlaqə saxladıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü il martın əvəvllərində Nigarla maraqlananların olduğunu eşidib, amma elçi düşmək istəyənlərin kimliyini bilməyib:
“Martın 4-də Nigarın kənddə hüzr yerində olduğunu bildim. Hüzr yerinə gedərək balaca uşaqlardan birini Nigarın yanına göndərib onu görüşə çağırdım. Saat təxminən 15 radələrində kəndin mərkəzinə yaxın yerdə ara yolların birində Nigarla görüşərək söhbət etdik. NigarIa maraqlanan şəxsin kimliyini soruşdum. Nigar onu tanımadığını bildirdi.
Biz söhbət edəndə saat təxminən 18 radələrində tanışlarımdan biri zəng edib harada olduğumu soruşdu. Ona işim olduğunu bildirdim. O mənə Nigarı qaçırmağım barədə anasının şikayət etdiyini, hazırda polis əməkdaşlarının məni axtardığını dedi. Əvvəlcə inanmadım. Nigarla birlikdə ara yollarla yaşadığımız evə tərəf getdim və evdə polis əməkdaşlarının olduğunu gördüm. Nigara evə getməyi məsləhət gördüm. Amma o, evə getməyə qorxduğunu bildirdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, onlar birlikdə haradasa gizlənməyi, ara sakitləşdikdən sonra ortaya çıxmağı qərara alıblar: “Bu məqsədlə kəndin mərkəzi hissəsində kimsənin olmadığı evə girib gecəni orada qaldıq. Sabahı gün, saat təxminən 21 radələrində biz cinsi əlaqədə olduğumuz halda kimsənin bizi ayıra bilməyəcəyini fikirləşdik. Bu barədə Nigar da mənimlə razılaşdı.
Qaldığımız yerdə çarpayının üzərində olan döşəyi yerə atdıq. Yarımçıq soyunaraq yatağa uzandıq. Sonra cinsi əlaqədə olduq. Həmin vaxt Nigardan qan gəlmədiyindən ona bu barədə sual verdim, əvvəllər kiminləsə cinsi əlaqədə olub-olmadığını soruşdum. O da əvvəllər heç bir kəslə yaxınlığı olmadılğını bildirdi. Bundan sonra heç bir hərəkət etmədik və ikimiz də gecəni yatdıq”.
İntiqamın ifadəsinə görə, martın 6-da axşam saatlarında yenidən cinsi əlaqədə olmaq üçün soyunaraq uzanıblar: “Bu dəfə də Nigarda qan olmamasının səbəbini soruşdum. O səbəbi bilmədiyini dedi. Martın 7-ə kimi həmin evdə qaldıq.
Həmin gün axşamtərəfi ikimiz də kəndə çıxdıq. Nigarla yaşadığım evə getdim. Evdə kimsənin olmadığını gördüm.
Mobil telefonumu enerji doldurucuya taxaraq tanışım Əliyə zəng etdim. Əli dedi ki, Nığarın anasını qızı ilə danışdıracağı halda barəmdə şikayət etməyəcək. Əli ilə görüşüm, onun mobil telefonu vasitəsi ilə Nigarın anasına zəng etdim.
Nigar da anası ilə danışaraq heç bir problem olmadığını, özü mənə qoşulub gəldiyini bildirdi. Nigarın anası mənə qızını qaytarıb verəcəyim halda şikayətini geri götürəcəyini, evlənməyimizə heç bir etiraz etməyəcəyini söylədi. Mən də bu sözlə razılaşdım.
Martın 8-də səhər saatlarında Nigarın anasının tanışı Vüsal adlı şəxs gələrək onu yanımdan apardı. Bundan sonra polis əməkdaşları məni saxlayaraq şöbəyə gətirdilər”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İntiqam 9 ay müddətinə azadlıqdan məhrum edilib.