Bakının Nəsimi rayonunda cərimə meydançasından oğurluğa cəhd olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa cəhd göstərmiş Ucar rayon sakini Rauf Şirəliyev tutulub.
Rauf Şirəliyev yanvarın 21-də A.Mustafayev küçəsində yerləşən cərimə meydançasında Abşeron rayon sakini Xəyal Axundova məxsus “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərib.
Hacı Zeynalov