18 Yanvar 13:04
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hədə-qorxu yolu ilə tələb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova və onun həyat yoldaşı Rasim Həsənovun cinayət işi üzrə məhkəmə presesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Təranə Səmədovanın 7 il 6 ay, Rasim Həsənovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində instaqramda tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb.

Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib.

Daha sonra Təranə Səmədova da istintaqa cəlb olunub.

Qeyd edək ki, Təranə Səmədova və Rasim Həsənov Abbas Səfərovun şikayəti əsasında həbs olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər