Bakıda xəstəxananın həyətində yeni doğulan uşaq tapılıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayonu ərazisində yerləşən Kliniki Tibbi Mərkəzin həyətindən atılmış qız uşağı tapılıb. Həmin uşaq Körpələr Evinə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov