16 Aprel 16:59
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Fərid Namazovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 29-na təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə İbrahimov Mürsəl Fəyaz oğlu və Bağırov Ədalət Əziz oğlu zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.

Vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, ötən ilin iyunun 24-də Nazim Bəydəmirliyə 10 min manat versə də, o, qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Nazim Bəyrəmirli Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Daha sonra ona əlavə Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə yenidən ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər