Dağıstanın Ağaçaul kəndində baş verən silahlı insident zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dağıstan İstintaq Komitəsi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, iyulun 13-də Ağçaul kəndinin kənarında torpaq mübahisəsi zəminində əvvəllər ədavət münasibətləri olan yerli sakinlər arasında dava düşüb.
Dava zamanı sakinlərdən biri qısa lüləli odlu silahdan azı 13 dəfə atəş açıb, nəticədə 1 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisəsinə yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, atəş açan şəxs saxlanılıb.