20 İyul 08:00
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir gündə iki qadını öldürməkdə təqsirləndirilən şəxs barəsində əfv kampanyası başladılıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Florida ştatında yaşayan 30 yaşlı Ueyd Vilson 35 yaşlı Kristina Melton və 43 yaşlı Diyane Ruyizi öldürməkdə təqsirli bilinir.

Keçən ay məhkəmə münsiflər heyyəti Ueyd Vilsonu hər iki qətldə təqsirli bilib və onun barəsində ölüm hökmünün çıxarılmasını məqbul sayıb.

Məhkəmə qərarından sonra Vilsonun heyranı olan qadınlar onun əfv edilməsi üçün hakimə məktublar yazıb və əfv kampaniyası başladıblar.

Qadınlar Vilsonun özünə də hər gün məktub yazır, şəkillər göndərirlər. Bəzi şəkillər açıq-saçıq olduğu üçün həbsxana rəhbərliyi onları müsadirə edir.


Müəllif: Arzu

Oxşar xəbərlər