Rusiyada casusluqda təqsirləndirilən Fransa vətəndaşı Loran Vinatyenin həbs müddətinin uzadılması barədə məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, işə Moskvanın Zamoskvoretski Məhkəməsində baxılıb.
Məhkəmə Loran Vinatyenin həbs müddətini bu ilin sentyabrın 5-nə qədər uzadıb.
Qeyd edək ki, Loran Vinatye iyunun 7-də saxlanılıb. O, Rusiya Federasiyasının hərbi fəaliyyəti haqqında məlumat topladığına görə həbs edilib. Loran Vinatye məhkəmədə Rusiya haqqında hərbi məlumatlar topladığını etiraf edib .