Titanik gəmisinin qəzaya uğradığı yerə ekspedisiya zamanı batan sualtı qayığın mənsub olduğu "OceanGate" şirkətinə 50 milyonluq təzminat davası açılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, təzminat davasını sualtı qayıqda ölən şəxslərdən birinin ailəsi açıb.
Fransız Nargeyoletin ailəsi 2023-cü ilin iyununda Atlantik okeanında batan "OceanGate" şirkətini “səhlənkarlıqda” günahlandırıb.
Təxminən 6,5 metr böyüklüyündə olan və "OceanGate" adlı şirkətə aid "Titan" adlı sualtı qayıq 18 iyun 2023-cü ildə Titanikin qəzasını müşahidə etmək üçün Atlantik Okeanına enib. Bir müddət sonra sualtı qayığı partlayaraq batıb. Sualtı qayıqda olan 5 nəfər ölüb.
Qəzada ingilis milyarder, aviasiya sənayesində xidmət edən "Action Aviation" şirkətinin sahibi Hamis Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman Davud, sualtı qayığın sahibi olan "OceanGate" şirkətinin qurucusu və baş direktoru Stokton Raş və Fransız pilot Paul Henry Nargeyolet ölüb .