Ukrayna vətəndaşı Viktor Rudenkoya hökm oxunub.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Şəhər Məhkəməsi hökm çıxarıb.
Viktor Rudenko 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə müəyyən edib ki, Rudenko məxfi məlumatları Ukrayna ordusuna ötürüb. Bu məlumatlar əsasında Rusiya Silahlı Qüvvələrinin motoatıcı diviziyasının bölməsi Ukrayna ordusu tərəfindən minaatanlardan atəşə tutulub.