ABŞ-da 13 yaşlı qız kiçik bacısını mübahisə zəminində bıçaqlayaraq öldürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Fox 2" məlumat yayıb.
Bildirilir ki, evdə tək qalan bacılar arasında mübahisən düşüb. Nəticədə böyük bacı 7 yaşlı bacısına əsəbləşərək ona bıçaqla zərbələr endirib. Daha sonra o, dərhal atasına və polisə zəng edərək əməli barədə məlumat verib.
Yeddi yaşlı qızın bədənində on bıçaq yarası aşkarlanıb. Onu xilas etmək mümkün olmayıb. Böyük bacı məhkəmə qarşısına çıxarılacaq.