2 Mart 2015 17:16
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda yaşayış evindən xeyli miqdarda qızıl oğurlayan həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Həmid Həmidov tutulub. O, fevralın 26-da Şahin Ahəngiyə məxsus evdən 5715 manat dəyərində qızıl əşyalar oğurlayıb.

Hacı Zeynalov


Müəllif: