2 Mart 2015 22:34
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda valyuta dəyişmə məntəqəsinə silahlı basqın olub. Nəsimi Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, silahlı basqın Azadlıq prospekti 128 ünvanında yerləşən “Zaminbank” ASC-nin 3 saylı valyutadəyişmə məntəqəsinə edilib.

Silahlı şəxslər məntəqənin əməkdaşı Taryel Abbasova küt alətlə ağır bədən xəsarətləri yetiriblər və daha sonra məntəqədən 20 min dollar və 20 min manat aparıblar. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlıqda olan müşahidə kameralarına baxış keçiriblər. Cinayəti törədən şəxslərin müəyyən edilməsi üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər