3 Mart 2015 17:08
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ali Məhkəmədə daxili işlər naziri Ramil Usubovun şikayəti əsasında Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında cəzalandırılması ilə bağlı məhkəmə qərarından verdiyi şikayətə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Eldəniz Quliyevin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayəti təmin edilməyib.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Elədiniz Quliyev 480 saat ictimai işlərə cəlb edilib, 1000 manat cərimə olunub. Onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılıb. Hökmdən narazı qalan Eldəniz Quliyev apelyasiya şikayəti verib. O, şikayətində birinci məhkəmə instansiyasının ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında Eldəniz Quliyevin vəkillərinin apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatətləri təmin edilməyib. Məhkəmə qərara gəlib ki, şikayətə məhkəmə istintaqı aparılmadan baxılaxaq. Eldəniz Quliyevin vəkilləri məhkəmə qərarından Ali Məhkəməyə kasasiya şikayəti vermişdi. O, kasasiya şikayətlərində apelyasiya instansiyasında işə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyiblər.

Qeyd edək ki, Ramil Usubov Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri məhkəmədə iddia ərizəsi qaldırıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər