Masallı rayonunda intihar hadisəsi baş verib.
Masallı Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Təzə Alvadı kəndində qeydə alınıb.
Kənd sakini, 1980-ci il təvəllüdlü Rasim Bağırov özünü asaraq ölüb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən həyətlərində olan ağacdan tapılıb. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov