Ağstafa Dəmir Yolu Stansiyasında elektrovozla vurulmuş adam hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, martın 6-da saat 02 radələrində Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində elektrovozla Qaçaq Kərəm kənd sakini İradə Abbasova vurulub. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.