31 Mart 2015 15:34
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş sakini qaçırdığı avtomobillə özünün və sərnişinin ölümünə səbəb olan qəza törədib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, martın 30-da Ağdaş rayonunun Orta Ləki kənd sakini Hicran Məmmədov Rayon Polis Şöbəsinə müraciət edərək martın 29-da “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı avtomobilin şəhər sakini Rəşad Sadıqov tərəfindən qaçırıldığı və Yevlax rayonunun ərazisində idarə edilərkən yol-nəqliyyat hadisəsi nəticəsində onun özünün və sərnişini Ramin İsayevin öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər