8 Aprel 2015 16:23
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda evdən oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elgün Səfərov tutulub.

O, aprelin 6-da Ruhanə Xanməmmədovanın evindən qızıl və məişət əşyaları oğurlamaqda təqsirli bilinir.

Hacı Zeynalov


Müəllif: