9 Aprel 2015 18:42
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn barəsində olan barəsində olan cinayət işi üzrə məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin həmin universitetin fəaliyyətində aşkarlanmış nöqsanlara görə 2010-2011-ci tədris ili üçün tələbə qəbulu planını qanuni yolla əldə edə bilməyəcəyini güman etməsi səbəbindən universitetin fəaliyyətinin davam etdirilməsinə qanunsuz yollarla, yəni hər-hansı vəzifəli şəxsə külli miqdarda rüşvət verməklə nail olmaq niyyətində olduğunu və rüşvət vermək qərarına gəlib.

Vaqif Hüseyn Elşad Abdullayevin rüşvət kimi vermək istədiyi pul vəsaitini ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edərək, guya müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olması, buna görə rüşvət vermədə vasitəçi kimi pulun müvafiq vəzifəli şəxsə çatdıra biləcəyi, faktiki olaraq səlahiyyətləri olmadığı halda veriləcək pul müqabilində universitetin fəaliyyətinin davam etdirilməsini təmin edəcəyi barədə yalan vədlər verib. O, Elşad Abdullayevi inandıraraq, etibarından sui-istifadə etməklə və aldatmaqla ondan 2009-cu ilin avqust-oktyabr aylarında 1.000.000 ABŞ dolları məbləğində nağd pulu hissə-hissə alıb ələ keçirərək dələduzluq edib.

Vaqif Hüseyn Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmündən həm Vaqif Hüseyn, həm də vəkili Elman Mustafayev apelyasiya şikayəti verib. Vəkil apelyasiya şikayətində müdafiə etdiyi şəxsin günahsız yerə həbs edildiyini və onun barəsində olan hökmün ləğv edilməsini xahiş edib. Bakı Apelyasiya Məhkəməsi hökmün qüvvədə saxlanılması barədə qərar qəbul edib. Qərardan narazı qalan Vaqif Hüseyn kasasiya şikayəti verib.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Hüseynin kasasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, onun kasasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər