17 Aprel 2015 16:16
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində qanunsuz olaraq narkotik saxlamaqda və silah gəzdirməkdə ittiham olunan Araz İsazadənin apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Araz İsazadənin apelyasiya şikayəti təmin edilib və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri sübuta yetirilməyib. Hakim kollegiyası onun barəsində bəraət hökmü çıxarıb.

O, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər