23 Aprel 2015 13:42
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 22-də Kürdəmir rayonunun Qağacılı kənd sakini Zaur Abdurahmanov qısqanclıq zəminində həmkəndlisi Dəyanət Xəlilova bıçaqla xəsarət yetirib.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Abdurahmanov tutulub.


Müəllif: