Bakının Binəqədi rayonunda mağazalara saxta pul təqdim edən şəxs tutulub.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, aprelin 25-də saat 03:20 radələrində Binəqədi qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Elçin Ələsgərovun və Səyyad İsmayılovun mağazalarında hər birinə bir ədəd 20 manatlıq saxta əsginas verib.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin İsmayıllı rayon sakini, 1995-ci il təvəllüdlü Coşqun Ələkbər oğlu Cəfərli olması müəyyən edilib və həmin şəxs saxlanılıb.
Hacı Zeynalov