28 Aprel 2015 12:15
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Sabunçu Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini,1985-ci il təvəllüdlü Vüsal Musayev həyat yoldaşı, 1986-cı il təvəllüdlü Zakirə Məmmədovanı bıçaqlayaraq qətlə yetirib.

Araşdırmalar zamanı məlum olub k, cinayət hadisəsi qısqanclıq zəminində törədilib. Məlumata görə, Zakirə Məmmədovanın başqa bir oğlanla münasibət saxlamasından xəbər tutan Vüsal Musayev cinayətə əl atmalı olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: