Bakıda evdən külli miqdarda pul oğurlayan həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi ötən ilin aprelin 19-da baş verib. Həmin gün M.Müşfiq küçəsində İsgəndər Əzimovun evindən pəncərənin şüşəsini çıxarmaq yolu ilə 7900 manat və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsi və Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü bu ilin aprelin 28-də açılıb. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Vəliyev saxlanılıb.
Hacı Zeynalov