Daxili İşlər Nazirliyi Şabran rayonunda baş verən yanğınla bağlı açıqlama yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə aprelin 29-da saat 04 radələrində Şabran rayonunun Ağalıq kəndində qeydə alınıb. Kənd sakini Pənah Həmidova məxsus evdə yanğın baş verib.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanın, yanıq xəsarətləri almış P.Həmidov, anası Lumu, arvadı Əntiqə və oğlu Qorxmaz xəstəxanaya yerləşdiriliblər.
Hacı Zeynalov