30 Aprel 2015 17:33
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Zaqatala rayon sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlitovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin noyabrın 27-də Xəzər rayonunun Albalılıq yaşayış sahəsindən Bakı şəhər sakini, 16 yaşlı Şəms Nəhmədova kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, yaralı xəstəxanada dünyasını dəyişib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Zaqatala rayon sakini, 16 yaşlı Aydan Xəlitova həbs olunub.
İstintaq araşdırması zamanı qızlar arasında oğlan üstündə dava düşüb. Oğlan sevgililərini bölə bilməyən qızlar əvvəlcə əlbəyaxa olublar və daha sonra Aydan Şəms Nəhmədovaya çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürüb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Aydan Xəlitova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər