4 May 2015 13:18
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Velosiped sürücüsü axşam vaxtı Lənkəranda avtomobilin altında qalaraq ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mayın 3-də saat 22.00 radələrində Lənkəran rayonunun Gərmətük kəndində rayon sakini Zamiq Səfərov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Raqib Səfərovu vurub. R.Səfərov hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər