Bakının Səbail rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Səbail Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, Rəsul Rza küçəsi 16, mənzil 46 ünvanında Ukrayna vətəndaşı, 1986-cı il təvəllüdlü Elnur Hümbətov qeyri-rəsmi nikahda yaşadığı 1989-cu il təvəllüdlü İlahə Ağayevanı bıçaqlayaraq öldürüb.
Elnur Hümbətov həbs edilib. İstintaqa ifadə verən Elnur Hümbətov törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, İlahə Ağayeva ilə arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Onun ifadəsinə görə, mübahisə sonda qanlı cinayətlə nəticələnib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov