Bakı Ağır Cinayətlər Məhkəməsində anasını boğaraq öldürən Hümbət Nağızadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Hümbət Nağızadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb. Həmin ünvanda yaşayan, 1992-ci il təvəllüdlü Hümbət Elşən oğlu Nağızadə qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü Fatimə Oruc qızı Qurbanovanı boğaraq öldürüb.
Hacı Zeynalov