Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Eldar Sabir oğlu Məmmədov yaşadığı evdə özünü asaraq ölüb. 38 yaşlı kişinin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov