15 May 2015 12:36
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazi Osman Paşada, küçənin ortasında yaşanan dava zamanı silahdan atəş açan şübhəli şəxs həm dalaşdığı 2 həmyerlisini, həm də həmin anda marketə alış-veriş etmək üçün girən 2 qadını yaralayıb.

Teleqraf.com xəbər verir ki, "A24.az"ın türk mediasına istinadən vediyi xəbərə görə, Türkiyədə yaşayan həmyerlilərimiz arasında əvvəlcə mübahisə yaşanıb. Tərəflərdən birində bıçaq, digərində isə tapança olub. İddialara görə, əlində odlu silah olan şübhəlinin arxasınca qaçan gənc oğlanlardan biri "kişisənsə, vur" deyib. O da silahdan atəş açıb və 2 həmyerlisini ayağından yaralayıb. Sadəcə onlar deyil, atışma zamanı marketdə alış-veriş edən 2 qadın da yaralanıb.

Xoşbəxtlikdən, baş verən silahlı münaqişə zamanı insan ölümü qeydə alınmayıb.


Müəllif: