29 May 2015 18:59
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvləri – Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Tariyel Mustafayev, Namiq Məmmədov və Ruslan Mustafayevin məhkəmə prosesi davam edib.

Teleqraf.com-un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Namiq Məmmədovun vəkili Müzəffər Baxış müdafiə nitqi ilə çıxış edib. O, bildirib ki, müdafiə etdiyi şəxsin Suriya ərəb Respublikasının ərazisində olması barədə heç bir sübut yoxdur. Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra Elvin Əliyevin vəkili Osman Kazımov da çıxış edərək müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü çıxarılmasını istəyib. Təqsirlədirilən şəxslər son söz deyəndən sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Məhkəmənin hökmü iyunun 2-də açıqlanacaq.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərin hər birinə 15 il cəza istəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər