31 May 2015 10:13
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir nəfər mənzildə halsız vəziyyətdə tapılıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla verdiyi məlumata görə, paytaxtın Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər giriş qapısını açaraq mənzilə baxış keçirdib, halsız vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 07:19-da başa çatıb.


Müəllif: