Göygöl rayonunda qətl hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Firzuabad kəndində qeydə alınıb.
Rayon ərazisində məskunlaşan Kəlbəcər rayonunda düşmüş məcburi köçkün 1993-cü il təvəllüdlü Kənan İmanov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Kənan İmanovun kimin tərəfindən qətlə yetirildiyi məlum deyil. Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov