Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Elnur Mehdiyev, Nərgiz Cəfərova və Güllü Atakişiyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyulun 1-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyi əməkdaşalrının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 29, 234.4.1 və 29, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etməyə, daşıma, saxlama və ya satma,), 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham edilirlər.
Hacı Zeynalov