Bu gün Bakı Apelyasiya Məhkəməsində hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Məhkəmə baxışı iyulun 21-nə təyin edilib.
İntiqam Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İntiqam Əliyev apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb.
Hacı Zeynalov