Bakıda qapı arxasında qalan kişinin cəsədi aşkar edilib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1945-ci il təvəllüdlü İsmayılzadə Robert Eyyub oğlu bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. R.İsmayılzadənin cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:46-da başa çatıb.