Bakının Nəsimi rayonunda qadına qarşı soyğunçuluq olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Viktoriya Kotlyar tutulub.
O, iyulun 11-də Sevil Ələkbərovaya məxsus içərisində 340 manat, mobil telefon, sənəd və Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə məxsus möhür olan çantanı oğurlayıb.
Hacı Zeynalov