Gecə saatlarında Masallı rayonunun Yolağac kəndində vətəndaşa məxsus ikimərtəbəli 3 otaqlı evdə yanğın hadisəsi baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində ev sahibinin oğlu 2015-ci il təvəllüdlü Əlişir Yalçın oğlu Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.