Bakının Nizami rayonunda oğurluq edən mütəşəkkil dəstənin üzvləri zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində yaşayan Asif Qasımovun evinə pəncərədən girmək yolu ilə 350 manat, qızıl və məişət əşyaları oğurlanıb.
Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Ağamoğlan Abdalov, Fuad Rəsulov, Şəki rayon sakini Xəyal Yunisov və Gürcüstan vətəndaşı Qurban Hacıyev tutulublar. Fuad Rəsulov, Xəyal Yusifov, Qurban Hacıyev əvvəllər məhkumluq həyatı yaşayıblar.
Hacı Zeynalov