Bakının Nizami rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini Feyruz Əliyevdən 4 kiloqram 11,762 qram tiryək götürülüb.
Daha bir əməliyyatı Balakən rayonu ərazisindəki meşə massivində keçirilib. Naməlum şəxs tərəfindən aqrotexniki qaydada becərilmiş, ümumi çəkisi 9 kiloqram 240 qram olan 178 ədəd çətənə kolu Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Hacı Zeynalov